Mövsümün ikinci yarısı üçün hazırlığı Antalyada davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.

Komandamız “Topkapı” hotelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Baş məşqçi Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıblar.

Oyunda “Sumqayıt”ın hər iki qolunu Süleyman Əhmədov vurub.